COP29

“Qalatasaray”da icarə əsasında çıxış edən hücumçunun agenti ilə şifahi razılığa gəldilər

01:40 İtaliya 84
“Qalatasaray”da icarə əsasında çıxış edən hücumçunun agenti ilə şifahi razılığa gəldilər

“Yuventus” bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhenin agenti ilə tam şifahi razılığa gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu hücumçu Duşan Vlahoviçi satmaq və əldə olunan gəliri nigeriyalı futbolçunun alınmasına yatırmaq istəyir.

“Yuventus”un Osimhenin transferi üçün 70-75 milyon avro ödəməyə hazır olduğu vurğulanır. Oyunçunun özü də İtaliya klubuna keçməkdə maraqlıdır.

26 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 21 matçda iştirak edib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib.

Onun “Napoli” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti