COP29

“Yuventus” ilə yeni müqavilə imzaladı – Yarımmüdafiəçi

01:30 İtaliya 60
“Yuventus” ilə yeni müqavilə imzaladı – Yarımmüdafiəçi

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo icarəyə getməzdən əvvəl klubu ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu cari mövsümün sonuna kimi “Jirona”da çıxış edəcək.

Melo Turin klubundan ayrılmadan əvvəl müqaviləsini 2027-ci ilə qədər uzadıb. “Yuventus” onun maaşını daha uzun müddətə bölüşdürmək üçün bu addımı atmağa qərar verib.

Belə ki, indi ona ildə 5 milyon deyil, 3,8 milyon avro maaş veriləcək.

28 yaşlı futbolçu bu mövsüm futbol meydanlarında görünməyib. O, 2020-ci ildə “Yuventus”a 80 milyon avroya “Barselona”dan transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti