"İnter" keyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Milan təmsilçisi "Roma"dan Nikola Zalevskini icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı vingeri yayda qədər "göy-qaralar"ın formasını geyinəcək. "İnter" 23 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdir.
Nikola Zalevski "Roma"nın yetirməsidir. Polşa millisinin üzvü olan oyunçu bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.