İtaliya millisinin sabiq futbolçusu hazırda məşqçi olan Daniele De Rossi “Ostiamare”ni alıb.
Sportinfo.az xəbər verir ki, De Rossi İtaliya D Seriyasında çıxış edən komandanı iflas olmaqdan xilas edib.
O, həmçinin hazırda təhlükəsizlik qaydalarına uyğun olmayan klub stadionu ilə bağlı problemləri həll edəcəyinə söz verib.
"Ostiamare” Daniele De Rossi üçün doğma klubdur. O, futbolçu karyerasına bu komandada başlayıb.