Fabio Kapello İtaliya çempionatının 21-ci turunun mərkəzi oyununda “Milan”ın “Yuventus”la oyununu tənqid edib.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssisin diqqətini “Milan”ın sönük oyunu çəkib:
“Bu görüşün nəticəsi Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə əsas ola bilər. “Milan”ın sönük oyunu diqqətimi çəkdi. Bu, rəqibindən açıq-aydın aşağı olan çirkin və iyrənc “Milan” idi”.
Dünən A Seriyası çərçivəsində keçirilən “Yuventus” – “Milan” qarşılaşması turinlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Yuventus” bu oyundan sonra 37 xal toplayıb və İtaliya çempionatının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Milan” isə 31 xalla 8-cidir.