“Milan”ın baş məşqçisi Serxio Konseysao İtaliya Superkubokunun finalında “İnter” üzərində 3:2 hesablı qələbədən sonra diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, o, kuboku qazandıqları matçdan sonra paltardəyişmə otağında rəqs edib.
Portuqaliyalı məşqçinin ağzında siqarla rəqs etməsi gündəm olub.
Serxio Konsayesao “Milan”ın tarixinə düşüb. O, İtaliya təmsilçisində təyinatından 1 həftə keçməmiş kubok qazanan ilk məşqçidir.
Bu klubun 125 illik tarixində ilkdir.