Argentina millisinin sabiq futbolçusu Xuan Veron “Milan”ın yeni baş məşqçisi Serjio Konseysao haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Mən televiziyada, xüsusən, Çempionlar Liqasında “Portu” ilə bir neçə matça baxdım. Konseysao mənə köhnə məktəb məşqçisi kimi görünür.
Şaquli futbol, bir az “tiki-taka” və ən əsas prinsip odur ki, oyunu lövhədəki məşqçi yox, oyunçular meydanda edir.
Konseysao bunu Eriksondan öyrəndi, hamımız bu dərsi ona borcluyuq. Konseysaonun komandaları çox güclüdür, onlar pressinq və sürətə diqqət yetirirlər”.