COP29

Qovduqları baş məşqçiyə 1,8 milyon avro ödəyəcəklər

1 Yanvar 16:55 İtaliya 346
Qovduqları baş məşqçiyə 1,8 milyon avro ödəyəcəklər

“Milan” bazar ertəsi baş məşqçi Paulo Fonsekanı istefaya göndərdiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis müqaviləyə vaxtından əvvəl xitam verdiyi üçün “Milan”dan cərimə şəklində təxminən 1,8 milyon avro alacaq.

Baş məşqçi A Seriyasında “Roma” ilə evdə heç-heçə etdikləri oyundan (1:1) sonra istefaya göndərilib.

Fonsekanın yerini “Milan”la 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayan Serjio Konseysao tutub.

Milanlılar yanvarın 3-də İtaliya superkuboku matçında “Yuventus”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti