"Milan"ın baş məşqçisi Paulu Fonseka istefa verib.
Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu barədə "Roma" ilə heç-heçə (1:1) etdikləri A Seriyasının XVIII turunun oyunundan sonra açıqlamasında bildirib.
P. Fonseka Milan təmsilçisini tərk etdiyini söyləyib: "Mənim vicdanım təmizdir. Çünki əlimdən gələni etdim".
Portuqaliyalı baş məşqçini bu postda həmyerlisi Serjiu Konseysau əvəzləyəcək.
Komanda A Seriyasında 17 matçdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Paulu Fonseka bu ilin iyunundan "Milan"da işləyir.