“Yuventus” klubu Aksel Disasi ilə müqavilə bağlamaq ehtimalı ilə əlaqəli “Çelsi”yə sorğu göndərib.
Sportinfo.az xəbər verir ki, bu barədə “CalcioMercato” nəşri məlumat yayıb.
Turin klubunun direktoru Kristiano Gintoli daha əvvəl dəfələrlə “Yuventus”un qışda ən azı bir müdafiəçi ilə müqavilə imzalamaq niyyətində olduğunu bildirmişdi.
Disasinin martda 27 yaşı tamam olacaq. O, təcrübəli futbolçu hesab olunur, ancaq Enzo Mareskanın komandasında start oyunçuya çevrilə bilməyib.
“Yuventus” “Çelsi”dən Disasinin icarəyə götürülməsinin mümkünlüyünü də soruşub.
“Çelsi” fransalı müdafiəçini 2023-cü ildə “Monako”dan 45 milyon avroya alıb. O, cari mövsümdə londonluların heyətində 4 matçda iştirak edib, 1 qol vurub.