COP29

"Mən onu heyətdən kənarda qoyduğum üçün çox təəssüflənirəm"

18:20 İtaliya 161
"Mən onu heyətdən kənarda qoyduğum üçün çox təəssüflənirəm"

“Milan”ın sabiq yarımmüdafiəçisi Massimo Ambrosini keçmiş oyunçulardan ibarət rəmzi komanda yaradıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, ən çox xatirələri olan oyunçuların adlarını çəkib:

“Aydınlıq verəcəm: ən çox xatirələrim olan futbolçuların adını çəkdim. Qapıda Sebastiano Rossi, müdafiədə Mauro Tassotti, Alessandro Kostakurta, Franko Barezi və Paolo Maldinidir.

Yarımmüdafiədə Roberto Donadoni, Frank Raykard və Andrea Pirlonu qoyuram. Marko van Basten və Andrey Şevçenkonun arxasında isə Rikardo Kakanı qeyd edərdim.

Klarens Zeedorfu heyətdən kənarda qoyduğum üçün çox təəssüflənirəm, amma seçim etməli oldum. Donadoni dəli “qumarbaz” idi”.

Digər Xəbərlər
Xəbər Lenti