“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya çempionatının 16-cı turu çərçivəsində “Latsio” ilə oyundan sonra fikirlərini bölüşüb.
Milanlılar rəqibini 6:0 hesabı ilə məğlub edib.
Sportinfo.az DAZN-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı futbolçularının meydanda göstərdikləri ilə fəxr etdiyini bildirib:
“Mən güclü rəqibimizi məğlub etməyimizdən məmnunam. İlk yarım saatda onları yaxşı saxladıq, lakin fasilədən sonra hər şey asanlaşdı.
Futbolçularımın meydanda göstərdikləri ilə fəxr edirəm. Biz gözəl komanda yığmışıq”.
“İnter” dünənki uğurdan sonra 34 xal toplayıb və İtaliya A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.