COP29

"Dünən onunla görüşdüm, bu gün bu haqda danışmaq istəmirəm"

16 Dekabr 21:40 İtaliya 136
"Dünən onunla görüşdüm, bu gün bu haqda danışmaq istəmirəm"

“Komo”nun baş məşqçisi Sesk Fabreqas A Seriyasının 16-cı turunun “Roma” ilə oyununda (2:0) “Tottenhem”in sabiq futbolçusu Dele Allinin tribunada olmasını şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı dünən onunla görüşdüyünü bildirib:

“Dele Alli tribunada idi? Dünən onunla görüşdüm, bu gün bu haqda danışmaq istəmirəm.

O, Miladdan sonra bizimlə məşq edə bilər, ancaq öz formasını bərpa etmək üçün”.

Dele Alli zədə səbəbindən iki ilə yaxındır ki, rəsmi oyunlarda iştirak etmir. Daha əvvəl ingiltərəli yarımmüdafiəçi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etməyi planlaşdırdığını bildirmişdi.

28 yaşlı futbolçunun son klubu “Everton” olub. O, əvvəllər “Beşiktaş” və “Tottenhem”də də çıxış edib, İngiltərə millisinin heyətində keçirdiyi 37 oyunda 3 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Dekabr 17:20 Rəşad və "Qarabağ"...