“Roma”nın yeni baş məşqçisi Klaudio Ranyeri A Seriyasının 13-cü turunda “Napoli” ilə oyunda (0:1) məğlubiyyəti şərh edib.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı futbolçularının oyunundan razı olduğunu bildirib:
“Geriyə baxsaq, bəzi problemlərimiz var və buna görə məni çağırdılar. Çempionluq uğrunda mübarizə aparan komandaya qarşı oynadıq.
Futbolçularımın oyunundan razıyam. Müzakirə edəcəyimiz bir neçə səhvimiz oldu, lakin o səviyyəyə qayıtmaq üçün mübarizə və qətiyyət göz qabağında idi.
Hələ çox işimiz var, amma mən nikbinəm. Çətinlik ikinci hissədə topa daha çox sahib olmaq və “Napoli”nin diaqonal qaçışlarla daha çox şans yaratmasına mane olmaq idi.
Gördük ki, bəzən iki müdafiəçimiz Xviça Kvaratsxeliyanı nəzarətsiz qoyub Romelu Lukakunun arxasınca gedirdi. O, şansı əldən verdi,
ilk dəqiqədə özünü tamamilə tək gördü, amma xoşbəxtlikdən, El Şaaravi içəri girib, onu bağlamağı bacardı. Fikirləşirdim ki, bu yolla biz daha yaxşı olub, oyunda möhkəmlənməyə çalışa bilərik”.
“Roma” 13 turun nəticələrinə əsasən, 13 xalla A Seriyasının turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.