“Napoli”nin baş məşqçisi Antonio Konte komandasının A Seriyasının 12-ci turunda “Roma” ilə oyunda (1:0) qazandığı qələbədən danışıb.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı əla futbolçuları olan güclü “Roma”ya qarşı oynadıqlarını bildirib:
“Oyundan əvvəl uşaqlara dedim ki, “masa”ya baxmayın, diqqətinizi özünüzə və üzərində işlədiyimizi təkmilləşdirməyə yönəldin.
Mən indi də bu fikri saxlayıram, çünki səviyyəni yüksəltmək üçün bir sıra addımlar atmalıyıq.
Komandanın matçın 65 dəqiqəsində göstərdiyi performansdan razı qaldım, lakin şanslarımızdan daha çox istifadə edə bilərdik. Əla futbolçuları olan güclü “Roma”ya qarşı oynadıq.
Yeni baş məşqçi Klaudio Ranyeri “Roma”da debüt etdi və buna görə də futbolçular özlərini ona sübut etmək istəyirdilər.
Lakin biz son 15-20 dəqiqədə daha yaxşı oynamalı idik, çünki çox geri çəkilib hər şeyi özümüz üçün çətinləşdirmişdik”.
“Napoli” 13 turdan sonra 29 xalla İtaliya A Seriyasına başçılıq edir.