“İnter”in müdafiəçisi Stefan de Vrey çox güman, klubda sonuncu mövsümünü keçirir. Niderlandlı futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, müqavilədə bir il müddətinə avtomatik uzadılma imkanı olsa da, “İnter” rəhbərliyi bu variantı aktivləşdirməyi düşünmür.
Çünki rəhbərlik 32 yaşlı futbolçunun maaşını yüksək hesab edir. Bu səbəbdən, niderlandlı müdafiəçinin mövsümün sonunda Milan klubundan azad agent kimi ayrılma ehtimalı yüksəkdir.
De Vrey “İnter”də 2018-ci ildən oynayır və komandada 247 oyun keçirib. O, cari mövsümdə 11 matçda iştirak edib.