“Real”ın və İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gürcü futbolçunun yüksək səviyyədə çıxış etdiyini söyləyib və ona məsləhət verib:
“Kvaratsxeliya çox yüksək səviyyədə oynayır. Düşünürəm ki, o, “Real” və ya “Mançester Siti” səviyyəsində olacaq.
Halbuki, indi bu klubların hücum cinahlarında yaxşı oyunçuları var.
Onun üçün ehtiyat oyunçular skamyasında qalmaq riskindənsə, hələlik “Napoli”də qalmaq daha yaxşıdır. Onu Neapolda sevirlər və hörmət edirlər”.
23 yaşlı yarımmüdafiəçi A Seriyasının bu mövsümündə 12 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.