İtaliya millisinin baş məşqçisi Luçano Spaletti komandanın AÇ-2024-dəki uğursuzluğunu bir daha xatırladıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İsveçrə millisi ilə 1/8 finaldakı oyundan (0:2) da danışıb:
“İtaliya millisindəki nəticələrim? Deyə bilərəm ki, bir matçda hər şey qəti şəkildə pis getdi.
İsveçrə ilə oyundan danışıram. Həmin məğlubiyyətə görə özümü məsuliyyətli hesab edirəm, amma buna bir daha qayıtmamağa çalışıram.
Avropa çempionatından sonra biz bir sıra dəyişikliklər etdik ki, bu günə qədər düzgün işləyir”.
İtaliya yığması noyabrın 17-də Millətlər Liqası matçında evdə Fransa millisini qəbul edəcək.