“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq “Roma”ya başçılıq edə bilər.
Sportinfo.az xəbər verir ki, bu haqda “Il Messaggero” məlumat yayıb.
Bildirilir ki, bu posta həmçinin “Chelsea”nin keçmiş baş məşqçisi Qrem Potter də iddialıdır, lakin Haq prioritet hesab olunur.
“Roma”nın keçmiş baş məşqçisi İvan Yuriç noyabrın 10-da istefaya göndərilib.