“Yuventus”un baş məşqçisi Tiaqo Motta “Parma” ilə matçda heç-heçəni şərh edib.
Sportinfo.az xəbər verir ki, italiyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında qələbə qazanmaq üçün lazım olanı etmədiklərini bildirib:
“Heç-heçə, şübhəsiz ki, istədiyimiz nəticə deyil. Qələbə qazanmaq üçün lazım olanı etmədik.
Çox şeyə nail olmaq istəyirik, amma bəzən qarşımıza qoyduğumuz şeyi edə bilmirik. Biz ideyalarımızdan möhkəm yapışmalı və daha çoxuna nail olmalıyıq.
Matçboyu meydanın rəqibə aid hissəsində daha tarazlı davranmalıyıq. Hücuma gəlincə, hər kəsdən daha çox şey gözləyirəm.
Bəzi məqamlarda yaxşı oynaya bilərdik. Oyunu düzgün təşkil edib, hamı birlikdə hərəkət edərək, daha yaxşı başa vurmalıyıq. T
exniki səhvlər matçın bir hissəsidir. Güclü oyunçularımız var ki, bəzən çox şey etmək istəyirlər.
İndi bu qarşılaşmanı geridə qoymalı, özümüzü toparlamalı və “Udineze” ilə növbəti matç haqqında düşünməliyik”.
İtaliya A Seriyasının 10-cu turu çərçivəsində keçirilən “Yuventus” – “Parma” matçı 2:2 hesabı ilə başa çatıb. Mottanın komandası 18 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.