Türkiyə millisinin və “İnter”in futbolçusu Hakan Çalhanoğlu zədələnib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi A seriyasında “Roma” ilə matçda sıradan çıxıb. O, 12-ci dəqiqədə David Frattesi ilə əvəzlənib.
İtalya təmsilçisinin mətbuat xidməti futbolçu ilə bağlı məlumat yayıb. Bildirilib ki, Çalhanoğluna sol budun düz əzələsinin dartılması diaqnozu qoyulub.
İtaliya mətbuatında yayılan xəbərə görə, ulduz futbolçu Çempionlar Liqasında “Yanq Boys”la matçı buraxa bilər.
Həmçinin onun sentyabrın 27-də “Yuventus”la baş tutacaq qarşılaşmada da forma geyinməmə ehtimalı yüksəkdir.
H.Çalhanoğlu bu mövsüm 9 matça çıxıb və 2 qol vurub.