COP29

"Premyer Liqa klublarının və “Atletiko”nun maraq dairəsində idi"

00:10 İtaliya 721
"Premyer Liqa klublarının və “Atletiko”nun maraq dairəsində idi"

Tanınmış futbol agenti Valerio Giuffrida hücumçu Artyom Dovbikin “Jirona”dan “Roma”ya keçidi haqda danışıb.

Sportinfo.az “tuttomercatoweb”-ə istinadən xəbər verir ki, agent, ukraynalı futbolçunun “Roma” üçün vacib oyunçuya çevrildiyini bildirib:

“Dovbik Premyer Liqa klublarının və “Atletiko”nun maraq dairəsində idi. Amma onun karyerasını “Roma”da davam etdirmək arzusu böyük idi.

Klub da müqaviləni başa çatdırmaq üçün əlindən gələni etdi. O, bu komanda üçün vacib oyunçuya çevrilib”.

Dovbikin transferi İtaliya klubuna 30 milyon avroya başa gəlib. 27 yaşlı forvard bu mövsüm 9 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti