COP29

Klubu tərk edəcək, azad agent olacaq: ”Biz həll yolu tapmaq istəyirik”

10 Oktyabr 15:40 İtaliya 1 922
Klubu tərk edəcək, azad agent olacaq: ”Biz həll yolu tapmaq istəyirik”

“Yuventus”un baş direktoru Mauritsio Skanavino Pol Poqbanın gələcəyi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, fransalı futbolçunun nümayəndələri ilə danışıqlar aparıldığını bildirib:

“Poqbanın nümayəndələri ilə danışıqlar aparılır. Biz həll yolu tapmaq istəyirik.

O, artıq mövcuddur, biz təfərrüatları sıralamalıyıq. Poqba klubumuzu tərk edəcək və azad agent olacaq”.

Bundan əvvəl fransalı futbolçunun diskvalifikasiyası ilə bağlı apellyasiya şikayətini qazandığı məlum olub.

Poqbanın cəzası 4 ildən 18 aya endirilib. O, gələn ilin martında meydana qayıda bilər.

31 yaşlı yarımmüdafiəçinin Turin klubu ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti