“Milan” Afrikanın Konqo Demokratik Respublikasının hökuməti ilə müqavilə bağlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqo hökuməti ölkənin imicini beynəlxalq aləmdə təbliğ edəcək futbol klubu ilə müqaviləni rəsmən təsdiqləyib.
Konqonun turizm naziri Musanqa Didier bunun təbii ehtiyatlar baxımından dünyanın ən böyük və zəngin ölkələrindən biri olan KDR-in “mədəni və təbii sərvətlərini təbliğ etmək üçün unikal fürsət” olduğunu söyləyib.
“Milan” ehtimal ki, bundan ilk növbədə maddi cəhətdən faydalanacaq.
Milan klubu ötən gün A Seriyasının 6-cı turunda səfərdə “Leççe”ni 3:0 hesabı ilə məğlub edib.