COP29

Ronaldo məhkəməni uddu, “Yuventus” qərara etiraz etdi

28 Sentyabr 21:40 İtaliya 1 541
Ronaldo məhkəməni uddu, “Yuventus” qərara etiraz etdi

“Yuventus” sabiq hücumçusu Kriştiano Ronaldonun işi üzrə məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu keçən il Turin klubunu koronavirus pandemiyası zamanı ödənilməmiş maaşlara görə məhkəməyə vermişdi.

İtaliya nəhənginə hücumçuya 9,8 milyon avro, üstəgəl inflyasiyaya görə düzəliş edilmiş 9 faiz kompensasiya ödəməsi tapşırılıb.

“Yuventus”un açıqlamasında Kriştianonun maaşının tam ödənildiyi bildirilib.

Ronaldo 2018-2021-ci illərdə Turin komandasının rənglərini qoruyub. O, ümumilikdə “Yuventus”un heyətində 134 oyun keçirib, 101 qol vurub, 22 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti