"Yuventus"da yeni müqavilə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi Samuel Mbanqulanın sözləşməsinin mnüddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçika U-21 millisinin üzvü 2028-ci ilin yayına kimi A Seriyası təmsilçisinə məxsus olacaq.
"Yuventus" Samuel Mbanqulanı 2020-ci ildə "Anderlext" akademiyasından transfer edib. 20 yaşlı futbolçu bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.