COP29

Qalmaqallı hücumçu ilə danışıqlar aparır - Bolqarıstan klubu

27 Sentyabr 00:10 İtaliya 280
Qalmaqallı hücumçu ilə danışıqlar aparır - Bolqarıstan klubu

Bolqarıstanın ÇSKA (Sofiya) klubunun Mario Balotelli ilə danışıqlar apardığı barədə məlumat yayılıb.

Sportinfo.az DAZN-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun özü gələcəyi ilə bağlı mövzuya münasibət bildirib:

“Arzum İtaliyaya qayıdıb A Seriyasında oynamaqdır. Bəli, xarici klublardan təkliflər alıram, amma İtaliyaya qayıtmaq istədiyim üçün hələ heç nə məlum deyil. Hər şey yaxın günlərdə həll olunacaq”.

Balotelli 2023/24 mövsümünün sonunda Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılıb. İtaliyalı hücumçu həmin vaxtdan azad agent statusundadır.

Digər Xəbərlər
Xəbər Lenti