“Milan”ın keçmiş baş məşqçisi Fabio Kapello komandanın İtaliya A Seriyasının 5-ci turunda “İnter”lə oyununu (2:1) şərh edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbədə əməyi olan futbolçuları xüsusi qeyd edib:
“Temmi Abraham və Alvaro Moratanı çox bəyəndim. Təkcə cərimə meydançasında necə oynadıqlarını deyil.
Həm də necə hərəkət etdiklərini, digər oyunçulara necə yer açdıqlarını və təzyiq göstərmələrini.
“Milan”ın qələbəsi meydanda fədakarlığa hazır olmaq hissi ilə əvvəlcədən müəyyənləşmişdi”.
“Milan” növbəti turda “Leççe” ilə qarşılaşacaq.