COP29

«O, cərimə meydançasında “ön cəbhə”də oynayan “doqquz nömrə” deyil”

00:00 İtaliya 125
«O, cərimə meydançasında “ön cəbhə”də oynayan “doqquz nömrə” deyil”

Fabio Kapello “Milan”ın rəhbərliyində çalışan Zlatan İbrahimoviçin sözlərinə cavab verib.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis qələbə qazanmaq üçün “Milan”ın bazasını təkmilləşdirməli olduğunu bildirib:

“Televizorda bos sözlər eşitdim. Deyir ki, o, rəhbərlik edir, hə? Deməli, İbrahimoviç məsuliyyəti bölüşməlidir.

Skudetto qazanan heyətdə bu yarımmüdafiəçilərdən heç kim yox idi. Qələbə qazanmaq üçün “Milan” bazasını təkmilləşdirməlidir.

Oyunçu haradadır? Alvaro Morata Olivye Jirunu əvəz etməyəcək, çünki o, cərimə meydançasında “ön cəbhə”də oynayan “doqquz nömrə” deyil”.

“Milan” cari mövsümün 5 matçında 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 11:00 Gerisayım başladı, tələs!
19 Sentyabr 05:00 "Sumqayıt" 3 transfer etdi
19 Sentyabr 02:50 "Quba"ya yenə gələn var