COP29

Yanvarda gəldi, indi getdi – Paytaxt təmsilçisində baş məşqçi istefası

18 Sentyabr 22:00 İtaliya 247
Yanvarda gəldi, indi getdi – Paytaxt təmsilçisində baş məşqçi istefası

Daniele de Rossi “Roma”nın baş məşqçi postunu tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb:

“Qərar komandanın maraqlarına uyğun qəbul edilib. Mövsüm yeni başlayanda nəzərdə tutulan yola sürətlə davam etməliyik.

Görülən işlərə görə De Rossiyə təşəkkür edirik”.

De Rossi 2024-cü ilin yanvarından “Roma”nın baş məşqçisi vəzifəsində çalışırdı. Onun komandası yeni mövsümə uğursuz başlayıb,

4 turdan sonra 3 xal qazanıb. Komanda A Seriyasının turnir cədvəlində 16-cı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!