COP29

“Onu satsaydıq, vəziyyət daha yaxşı olardı, amma bunu dəyişmək olmaz”

2 Sentyabr 10:00 İtaliya 461
“Onu  satsaydıq, vəziyyət daha yaxşı olardı, amma bunu dəyişmək olmaz”

“Napoli”nin baş məşqçisi Antonio Konte yay transfer pəncərəsində hücumçu Viktor Osimhenin satılmamasına münasibət bildirib.

Sportinfo.az DAZN-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu söyləyib:

“Klubun transfer fəaliyyəti müəyyən problemlərə görə dayanıb. “Napoli” Osimheni satsaydı, vəziyyət daha yaxşı olardı.

Amma bunu dəyişmək olmaz, biz davam edirik”.

25 yaşlı futbolçu ilə yay transfer pəncərəsində “Çelsi”, “Arsenal” və “Əl-Əhli” klubları maraqlanıb. O, 2023/24 mövsümündə A Seriyasında 25 oyun keçirib və 15 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM