“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol təmsilçisi “Mançester Yunayted”dən Skott Maktomineyi transfer edib.
“Napoli” şotlandiyalı yarımmüdafiəçi üçün İngiltərə klubuna 30 milyon avro təzminat ödəyib. 27 yaşlı oyunçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Skott Maktominey “Mançester Yunayted”in yetirməsidir. Şotlandiya millisinin üzvü “qırmızı şeytanlar”ın əsas komandasının heyətində meydana çıxdığı 255 rəsmi matçda 29 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.