Son vaxtlar “Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sançonun “Yuventus”a keçəcəyi haqda xəbərlər yayılıb.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu 24 yaşlı futbolçu üçün danışıqları davam etdirir.
Üstəlik, bu transferi həyata keçirmək üçün “Yuve” iki futbolçunu – yarımmüdafiəçilər Artur Melo və Filip Kostiçi satmalıdır.
“Mançester Yunayted” Sançonun icarə müqaviləsinə 2025-ci ilin yayında məcburi satınalma variantının daxil edilməsini istəyir.
“Qırmızı şeytanlar” danışıqlar prosesinin nəticələrindən sonra belə variant olmadan da icarəyə razılaşa bilər.