COP29

“Mən diqqətlə düşünərək bu qərarı verdim” - Milli ilə vidalaşan qapıçı

19 Avqust 15:40 İtaliya 948
“Mən diqqətlə düşünərək bu qərarı verdim” - Milli ilə vidalaşan qapıçı

“İnter”in qapıçısı Yan Sommer İsveçrə millisindən ayrılmağa qərar verdikdən sonra vida nitqi söyləyib.

Sportinfo.az İsveçrə Futbol Assosiasiyasına istinadən xəbər verir ki, Sommer diqqətlə düşünərək bu qərarı verdiyini bildirib:

“Mən diqqətlə düşünərək bu qərarı verdim. 12 il ərzində ölkəmi ən yüksək səviyyədə təmsil etmək mənim üçün böyük şərəf idi.

Çoxlu unudulmaz anları, qələbələri, qürurla xatırlayacağım həyəcanlı matçları, eləcə də, birlikdə keçdiyimiz çətinlikləri xatırlayacam.

Dörd dəfə 1/8 finala yüksəldiyimiz və iki dəfə 1/4 finalda oynadığımız dünya və Avropa çempionatlarının final mərhələsində oynamaq imkanım olub. Bütün bu xatirələr mənim ürəyimdə xüsusi yer tutur”.

35 yaşlı qolkiperin millidən ayrılacağı bazar ertəsi məlum olub.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…