"Roma"nın hücumçusu Paulo Dibala karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportinfo.az xəbər verir ki, "Əl-Kadisiya" klubu argentinalı hücumçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Ərəblər 30 yaşlı forvardla 3 illik müqavilə ilə bağlı şəxsi şərtləri razılaşdırıb. "Əl-Kasidiya" rəsmiləri İtaliya klubu ilə danışıqları davam etdirir.
Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir.
Argentina millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli oyunçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.