COP29

“Yuventus”dan ayrılan fransız - 6 klubun hədəfindədir

13 Avqust 15:40 İtaliya 870
“Yuventus”dan ayrılan fransız - 6 klubun hədəfindədir

“Yuventus”un keçmiş yarımmüdafiəçisi Adrien Rabyo yeni klub axtarışlarını davam etdirir.

Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi iyulun 1-də başa çatıb.

Tərəflər yeni müqavilə bağlaya bilərdilər, lakin yollarını ayırmaq qərarına gəliblər. İndi 29 yaşlı yarımmüdafiəçi özünə yeni klub axtarır.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Rabyo üçün “Liverpul”, “Mançester Yunayted”, “Çelsi”, “Arsenal”, eləcə də, “Qalatasaray” və “Atletiko” mübarizə aparır.

“Atletiko” “Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaherə üstünlük verib, ingilis futbolçunun transferi ilə bağlı razılaşma baş tuta bilər.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…