COP29

“O, özünü stresli hiss edir, komanda üçün faydalı ola bilməz”

9 Avqust 18:40 İtaliya 553
“O, özünü stresli hiss edir, komanda üçün faydalı ola bilməz”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini yarımmüdafiəçi Ten Kopmeynersin “Yuventus”a keçəcəyi üçün komandadan uzaqlaşdırıldığını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, zədəli futbolçuların çoxluğuna görə komandanın kritik vəziyyətdə olduğunu qeyd edib:

“Kopmeyners “Yuventus”a keçməyə qərar verib və bundan sonra bizimlə məşq etməyəcək.

O, özünü stresli hiss edir və bununla nə özü, nə komanda, nə də komanda yoldaşları üçün faydalı ola bilməz”.

“Atalanta” niderlandlı yarımmüdafiəçi üçün “Yuventus”dan 60 milyon avro təzminat tələb edir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…