COP29

Hücumçusunu itirdi – 6-7 ay oynaya bilməyəcək

5 Avqust 15:40 İtaliya 527
Hücumçusunu itirdi – 6-7 ay oynaya bilməyəcək

“Atalanta”nın hücumçusu Canluka Skamakka ciddi zədə alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı forvard dizinin ön çarpaz bağlarını qoparıb və qarşıdakı 6-7 ayda meydançaya çıxa bilməyəcək.

Skamakka ötən mövsüm “Atalanta”nın əsas oyunçularından biri idi. İtaliyalı futbolçu debüt mövsümündə bütün yarışlarda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.

O, “Atalanta”ya A Seriyasında dördüncü yeri tutmağa, İtaliya kubokunun finalına yüksəlməyə və Avropa Liqasını qazanmağa kömək edib.

25 yaşlı Skamakka keçən yay 26 milyon avroya “Vest Hem”dən “Atalanta”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…