COP29

Adı MY ilə hallanan müdafiəçi ilə müqaviləni uzadacaq

29 İyul 21:40 İtaliya 462
Adı MY ilə hallanan müdafiəçi ilə müqaviləni uzadacaq

“İnter” müdafiəçi Denzel Dumfrislə müqavilə müddətinin uzadılması ilə bağlı razılığa gəlib.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, söhbət dörd mövsümlük – 2028-ci ilin ortalarına qədər olan müqavilədən gedir.

Müqavilə imzalansa, Dumfrisin maaşı mövsümə 4 milyon avro olacaq.

Eyni zamanda, “Mançester Yunayted”in hələ də təslim olmadığı qeyd edilir. İngiltərə klubu 28 yaşlı Dumfrisi çoxdan öz sıralarında görmək istəyir.

Niderlandlı futbolçu PSV-dən keçdikdən sonra – 2021-ci ilin yayından “İnter”də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…