COP29

Şəxsi müqavilənin şərtlərini razılaşdırdılar - İllik 4,5 milyon avro maaş

25 İyul 18:40 İtaliya 554
Şəxsi müqavilənin şərtlərini razılaşdırdılar - İllik 4,5 milyon avro maaş

“Yuventus” “Atalanta”nın yarımmüdafiəçisi Ten Kopmeynersin transferi üçün yeni təklif hazırlayır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu yaxın vaxtlarda sözləşməni yekunlaşdırmağa ümid edir.

“Yuventus” artıq Kopmeynersin özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Niderlandlı transfer olunacağı təqdirdə, illik 4,5 milyon avro maaşla turinlilərlə 2029-cu ilə qədər olan müqavilə imzalayacaq.

“Atalanta” Kopmeyners üçün 60 milyon avro təzminat tələb edir.

26 yaşlı futbolçu İtaliya A Seriyasının son mövsümündə 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?