COP29

35 milyon avro təklif olunacaq – 21 yaşlı hücumçu üçün

23 İyul 15:40 İtaliya 585
35 milyon avro təklif olunacaq – 21 yaşlı hücumçu üçün

“Yuventus” İngiltərə Premyer Liqası klublarının marağında olan hücumçusu Matias Suleni satmağa hazırdır.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Vest Hem” argentinalı futbolçu üçün 35 milyon avro təklif etməyə hazırlaşır.

“Yuventus”un idman direktoru Kristiano Gintoli təklifi qəbul etməlidir.

Turin klubunun rəhbərliyi maliyyə vəziyyətini yaxşılaşdırmaq və yayda transfer büdcəsini artırmaq üçün Suleni satmaq istəyir.

Belə ki, turinlilər transfer pəncərəsi bağlanmadan bir çox mövqeləri gücləndirmək niyyətindədir.

Daha əvvəl bildirilmişdi ki, “Yuventus”un məşqçilər heyəti 21 yaşlı forvarda yeni mövsümdə sabit oyun praktikasına zəmanət verməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?