İsveçli sabiq futbolçu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç “Milan”la peşəkar müqavilə imzalayıb.
Sportinfo.az xarici KİV-ə istinadən klub rəhbərliyinin müşaviri olan Zlatan İbrahimoviçin 17 yaşlı oğlu “Milan”ın gənclər komandasında çıxış edəcək.
Maksimilian İbrahimoviç ötən mövsüm “Milan”ın gənclərdən ibarət komandasının heyətində U-18 çempionatında 29 oyun keçirib və 3 qol vurub.