“Latsio”nun prezidenti Klaudio Lotito “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudun mümkün transferindən danışıb.
Sportinfo.az “Messaggero”-ya istinadən xəbər verir ki, klub prezidenti “Mançester Yunayted”ə 25 milyon avro təklif etdiyini bildirib:
“Mançester Yunayted”ə 25 milyon avro, üstəgəl bonuslar və Qrinvudun növbəti satışının 50 faizini təklif etdim.
Bundan sonra bir neçə klub yalnız bizə mane olmaq və anlaşmanı pozmaq üçün yarışa girməyə çalışdı. “Yuventus”dan sonra “Napoli” də eyni şeyi etdi”.
Meyson Qrinvud ötən mövsümü icarə əsasında İspaniyanın “Xetafe” klubunda keçirib.