COP29

Fransa millisinin oyunçusu ilə heyətini gücləndirdi - Paytaxt komandası

14 İyul 17:20 İtaliya 514
Fransa millisinin oyunçusu ilə heyətini gücləndirdi - Paytaxt komandası

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi "Renn"dən Enzo Lö Feni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt klubu fransalı dayaq yarımmüdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Roma" 24 yaşlı oyunçu üçün onun klubuna 24 milyon avro təzminat ödəyib.

"Renn" Enzo Lö Feni ötən ilin yayında "Loryen"dən transfer etmişdi. Fransa millisinin üzvü 2023/2024 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti