“Roma”nın hücumçusu Temmi Abraham karyerasını İtaliya A Seriyasının digər klubunda davam etdirə bilər.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə “Yuventus” maraqlanır.
Turin klubu Abrahamı Duşan Vlahoviçin yerinə dəvət etmək istəyir. Forvardın bu kluba keçməyə razı olub-olmayacağı hələlik məlum deyil.
İngiltərə Premyer Liqasının bəzi klublarının 26 yaşlı hücumçuya sabit oyun təcrübəsini təmin etməyə hazır olduğu bildirilir.
Abraham zədə səbəbindən A Seriyasının son mövsümündə cəmi 8 oyun keçirib. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.