“Çelsi” “Bolonya”nın müdafiəçisi Rikkardo Kalafiori ilə ciddi maraqlanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu özü “Bolonya” ilə razılığa gəlməyə yaxın olan “Arsenal”a keçmək istədiyini bildirib.
“Topçular”ın Kalafiori üçün təqribən 50 milyon avro təzminat ödəyəcəyi bildirilir.
“Çelsi” isə onun üçün müəyyən məbləğdə pul və oyunçularından birini təklif etmək istəsə də, hələ ki, heç bir qərar verilməyib.