COP29

“Biz evə getməyə layiqik - belə böyük boşluq görüb, artıq bütün gücünü itirirsən"

1 İyul 00:20 İtaliya 782
“Biz evə getməyə layiqik - belə böyük boşluq görüb, artıq bütün gücünü itirirsən"

İtaliya millisinin futbolçusu Brayan Kristante AÇ-2024-ün 1/8 finalında İsveçrə ilə oyun haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu evə qayıtmağa layiq olduqlarını bildirib:

“İsveçrə demək olar ki, bütün göstəricilərdə bizdən üstün idi. Biz evə getməyə layiqik.

Bir araya gəlib, növbəti turnirə yeni güc və ruhla başlamalıyıq. Amma təşkilatçılıqda belə böyük boşluq görüb, artıq bütün gücünü itirirsən”.

Oyun iyunun 29-da baş tutub və isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliya millisi Avropa çempionatının hazırkı qalibidir.

Onlar 2021-ci ildə finalda İngiltərə millisini məğlub edərək, kuboku qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti