“Sassuolo”nun baş direktoru Covanni Karnevali klubun hücumçu Arman Lorienteni “Tottenhem”ə satmaq fikrində olmadığını bildirib.
Sportinfo.az xəbər verir ki, klub rəsmisi 24 yaşlı futbolçu ilə bağlı danışıqlara girmək fikrində olmadıqlarını deyib:
“Yayda Loriente üçün heç bir rəsmi təklif almadıq. Biz futbolçu ilə bağlı hansısa təklifi müzakirə etmək və ya danışıqlara girmək fikrində deyilik”.
Loriente 2022-ci ilin avqustundan “Sassuolo”da çıxış edir. O, komandanın heyətində 35 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.