COP29

“Mənə zəng gəldi, fikirləşdim ki, kimsə məni təbrik etmək istəyir, ya da fırıldaqçıdır”

4 İyun 2023 02:40 İtaliya 481
“Mənə zəng gəldi, fikirləşdim ki, kimsə məni təbrik etmək istəyir, ya da fırıldaqçıdır”

“Leççe”nin müdafiəçisi Federiko Baskirotto maraqlı hadisə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi gözlənilməz vəziyyətlə üzləşib.

Futbolçu, İtaliya milli komandasına dəvət etmək üçün ona zəng edən baş məşqçi Roberto Mançininin nömrəsini tanımayıb.

"Spogliatoio"ya danışan Federiko zəng edən şəxsin fırıldaqçı olduğunu düşünüb. Ona görə də ilk zəngi açmamaq qərarına gəlib:

“"Montsa" üzərində qələbənu qeyd etmək üçün agentimlə Milana getdik və orada nahar etdik. Mağazadan çıxanda isə mənə zəng gəldi,

Nömrə mənim telefonumun yaddaşında yox idi. Fikirləşdim ki, kimsə məni təbrik etmək istəyir, ya da fırıldaqçılardır. “Vacib bir şey olsa, yenə zəng edərlər” deyə düşündüm.

İki dəqiqədən sonra eyni nömrədən zəng gəldi, cavab verdim və mənə dedi ki, "Bask, bu cənabdır".

"Leççe"dəki məşqçim Marko Baroninin səsini asanlıqla tanıyıram, bu, o deyildi. Köhnə məşqçilərimdən kimsə ola bilərdi, ona görə də soruşdum:

"Hansı cənab?" cavabdında "Cənab Mançini" sözlərini eşitdim. İnana bilmirdim, amma üzr istədim.

“Sizi qələbəniz münasibətilə təbrik etmək və Millətlər Liqasının oyunlarına çağırıldığınızı bildirmək istəyirəm.

Bizə qoşula bilərsinizmi?” deyə Mançini soruşdu. Mən isə "vaxtını və yerini deyin, hətta ora piyada gedəcəm" cavabını verdim".

A seriyasının 37-ci turunda "Montsa"nı minimal hesabla məğlub edən "Leççe" elitadakı yerin təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti