COP29

“Onları bu vəziyyətdə görmək istəməzdim, məyusedici idi” - Sərt tənqid etdi

04:20 İtaliya 1 606
“Onları bu vəziyyətdə görmək istəməzdim, məyusedici idi” - Sərt tənqid etdi

Fabio Kapello “Milan”ı sərt tənqid edib. “Rossonyerlər”in sabiq baş məşqçisi komandanın “Liverpul” önündə aciz durumda göründüyünü dilə gətirib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis evdəki 1:3 hesablı məğlubiyyətin səbəblərindən danışıb:

“Belə oyunu izləmək çox çətin idi. “Milan”ı bu vəziyyətdə görmək istəməzdim, məyusedici idi.

Matçın son dəqiqələri üstisna olmaqla, komanda meydanın mərkəzini keçə bilmirdi”.

Çempionlar Liqasının ilk turunda məğlub olan “Milan”la Kapello vaxtilə böyük uğurlar qazanıb. O, dünənki qarşılaşmaya fəxri qonaq kimi dəvət olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti